XƏBƏRLƏR
MƏLUMAT
“Tarixi abidələrin qorunması, bərpası, ənənəsinin davamçısı” mövzusunda tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
21/04/2025 10:50

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzi və Quba Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunan "Tarixi abidələrin qorunması, bərpası, ənənəsinin davamçısı" mövzusunda tədbir keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə kollektivi  iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları öncə Mərkəzin foyesində "Mədəni irsimiz dünən və bu gün Qarabağ abidələri" adlı foto sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edənlər Azərbaycan xalqının zəngin tarixi-mədəni irsinin qorunmasının və təbliğinin əhəmiyyətindən, Ümummilli lider Heydər Əliyevin bu sahədəki misilsiz xidmətlərindən bəhs ediblər.Ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği, paytaxt Bakıda və bölgələrdə yerləşən onlarla tarixi-mədəniyyət abidəsində bərpa-konservasiya və yenidənqurma sahəsində aparılan işlərdən söhbət açıblar.

Sonda "Qədim Azərbaycan abidələri" adlı videoçarx nümayiş olunub.

Baxış sayı: 31