XƏBƏRLƏR
MƏLUMAT
“Tarixə baxış” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2025 15:46

Fevralın 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində  “Tarixə baxış” adlı tədbir keçirilib.

Tədbirdə Suraxanı rayon ümumtəhsil müəssisələrinin  müəllim və şagird kollektivi iştirak edib.

İlk öncə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, Azərbaycan tarixinin ən faciəvi və eyni zamanda ən ibrətamiz səhifələrindən biri olan Xocalı soyqırımından  33 il ötməsinə baxmayaraq Xocalı yarasının qəlbimizdəki yeri heç vaxt unudulmayacaq.

Daha sonra faciənin tarixi həqiqətlərini əks etdirən film nümayiş olunub.

Sonda tədbir iştirakçıları məktəblilərin Xocalı faciəsi ilə bağlı təxəyyüllərini əks etdirən rəsm sərgisinə baxış keçiriblər.

Baxış sayı: 61