XƏBƏRLƏR
MƏLUMAT
"Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2025 11:09

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 5 nömrəli Uşaq İncəsənət Məktəbi Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş "Tarix yazan şəxsiyyət" adlı hesabat konserti keçirib.

Konsertdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşları, Gəncə uşaq musiqi və incəsənət məktəblərinin direktorları və müəllimləri iştirak ediblər.

İlk olaraq rəssamlıq şöbəsinin sərgisinə baxış keçirilib.

Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə məruzə ilə çıxış edənlər  Ulu öndər Heydər Əliyevin incəsənətə və mədəniyyətə göstərdiyi qayğıdan, keçdiyi həyat yolundan məlumat veriblər.

Konsertdə şagirdlərin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.

Baxış sayı: 34