XƏBƏRLƏR
MƏLUMAT
“Tarix yaradan şəxsiyyət” adlı dəyirmi masa keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2024 10:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı  “Tarix yaradan şəxsiyyət”  adlı dəyirmi masa keçirilib.

Tədbirdə rəsmilər, ictimaiyyət nümayəndələri, rayon ziyalıları və məktəblilər iştirak ediblər.

Çıxışçılar müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, memarı Heydər Əliyevin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyətindən, onun elmi əsaslara söykənən dövlət quruculuğu siyasətindən, məqsədyönlü və uzaqgörən siyasəti nəticəsində respublikamızın qədəm qoyduğu hərtərəfli və dinamik inkişaf yolundan danışıblar. Bildirilibki, xalqımız Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və ehtiramla anır.

Sonda  “Heydər Əliyev – Müdriklik zirvəsi ”  adlı videoçarx nümayiş olunub.

Baxış sayı: 160