XƏBƏRLƏR
MƏLUMAT
"Tanış səslər" adlı yeni layihəyə start verilib
ÜMÜMİ XƏBƏRLƏR
28/11/2024 10:02

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan H.Abbasov adına Mədəniyyət Mərkəzi "Tanış səslər" adlı yeni layihəyə start verib.

Layihənin məqsədi ömrünü Azərbaycan kinosuna və dublyaj sənətinə həsr etmiş sənətkarlarla yeni nəsil tamaşaçıları görüşdürmək və dublyaj peşəsinin inkişafına xidmət etməkdir.

Layihənin ilk qonağı Əməkdar artist Nəcibə Hüseynova olub.

Tədbir Azərbaycan filmlərində yaddaqalan sitatlardan hazırlanmış videoçarxın nümayişi ilə açıq elan edilib. Səmimi ortamda başlayan görüşdə Nəcibə Hüseynova öz xatirələrindən, sənətə necə gəlməsindən, Azərbaycan kinosundan, dublyaj peşəsinin sirlərindən, bu sənətin necə maraqlı və çətin bir peşə olmasından bəhs edib.

Sonra sənət dostları, həmkarları çıxış edərək, sevilən aktrisa ilə bağlı xatirələrini tamaşaçılarla bölüşüblər.

Sonda gənc müğənnilərin ifasında musiqi nömrələri səsləndirilib.

Baxış sayı: 267