XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış yazıçı-publisist Kamil Əfsəroğlunun yeni kitabı çap olunub
ÜMÜMİ XƏBƏRLƏR
04/07/2024 15:56

Bu günlərdə yazıçı Kamil Əfsəroğlunun yeni kitabı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, kitaba yazıçının son illərdə qələmə aldığı “Kandar” romanı və kinossenariləri daxildir.

“Kandar” romanının süjeti ötən əsrin 70-ci illərində Moskvada yüksək dairələrin kuluarlarında baş verən hadisələrə də toxunur. SSRİ Daxili İşlər Nazirinin xüsusi ehtiyat batalyonunda xidmət etməsi yazıçıya şahidi olduğu pərdəarxası olaylara işıq salmağa imkan verib. Müəllif o dövrün hadisələri ilə günümüzdəki olaylar arasında bağlılıq görür, paralellik aparır. Postsovet məkanında keçmiş sovet xalqları arasında münaqişələrə, müharibələrə gətirən yol isə Kremldən başlayır.

Roman bədii mətndəki real detalların zənginliyi ilə də diqqət çəkir. Əsərdə sənədlilik prinsipi gözlənilsə də, bu, bədii roman janrının tələb və məziyyətlərinə xələl gətirmir. “Ömür yolu kandarlardan keçir, o üzdə isə bizi nələr gözlədiyini bilmirik”, – deyir yazıçı.

Kamil Əfsəroğlunun ssenariləri də mövzu aktuallığı, obrazların dolğunluğu və dialoqların canlılığı ilə maraq oyadır.

Baxış sayı: 102