XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış musiqiçi Tatyana Yudeniçin ustad dərsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
18/10/2023 15:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbində dünya şöhrətli pianoçu Stanislav Yudeniçin rəhbərlik etdiyi “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi çərçivəsində “Gənc İstedadlar Akademiyası”nın rəhbəri tanınmış musiqiçi Tatyana Yudeniçin fortepiano ixtisası üzrə müəllimlər üçün ustad dərsi keçirilib.

Ustad dərsində Baş İdarənin tabeliyində fəaliyyət göstərən Uşaq Musiqi və İncəsənət məktəblərinin fortepiano ixtisası üzrə müəllimləri iştirak ediblər.

Dərs zamanı Tatyana Yudeniç məktəb şagirdlərinin ifasını dinləyib və onlara öz dəyərli tövsiyələrini verib.

Qeyd edək ki, ustad dərslərinin keçirilməsində əsas məqsəd tədrisin keyfiyyətinin yüksəldilməsinə, fortepiano müəllimlərinin bilik, bacarıq və peşə səriştələrinin artırılmasına, şagirdlərin bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə nail olmaqdır.

Baxış sayı: 386