XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış jurnalist Asif Mərzilinin "Sonuncu əmr" adlı kitabının təqdimat mərasimi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2024 10:43

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 nömrəli kitabxana filialında tanınmış jurnalist Asif Mərzilinin "Sonuncu əmr" adlı kitabının təqdimat mərasimi keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təqdimat zamanı Vətən müharibəsi şəhidi, kəşfiyyatçı polkovnik-leytenant Orxan Əkbərova həsr olunan kitab haqqında və qəhrəman şəhidin həyat və döyüş yolundan bəhs edilib. Çıxış edənlər bu kitabın gələcək nəsillər üçün dəyərli bir vəsait olacağını vurğulayıblar.   

Sonra iştirakçılar Asif Mərzili ilə fikir mübadiləsi ediblər və kitab haqqında fikirlərini bildiriblər.

Sonda Asif Mərzili kitabxanaya kitablar hədiyyə edib.

Baxış sayı: 153