XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış estrada müğənnisi Namiq Qasımovla görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
17/12/2025 10:17

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyəndə olan Mərdəkan Mədəniyyət Sarayında tanınmış estrada müğənnisi Namiq Qasımovla görüş keçirilib.

Görüşdə ictimaiyyət nümayəndələri, Xəzər rayon təhsil və mədəniyyət müəssisələrinin nümayəndələri, musiqisevərlər və digər qonaqlar iştirak diblər.

Tədbirin aparıcısı sevilən müğənninin həyat və fəaliyyəti haqqında məlumat verib və yaradıcılıq uğurlarından söhbət açıb.

Tamaşaçılarla səmimi ünsiyyət yaradan Namiq Qasımov ona ünvanlanan çoxsaylı sualları cavablandırıb. Ardınca tamaşaçıların alqışları altında sevilən mahnılarını ifa edib.

Həmçinin Namiq Qasımovun gənc müğənni Türkan Abbasovayla birgə ifa etdikləri mahnılar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

 

Baxış sayı: 29