XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış azərbaycanlı pianoçu-virtuoz Ankarada konsert verib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2024 09:17

Azərbaycanın Əməkdar artisti, tanınmış pianoçu İslam Manafov Ankarada konsert verib.

AZƏRTAC xəbər verir ki, virtuoz CSO ADA Ankara zalının səhnəsində Bax, Prokofyev, Şopen, Musorqski və Qara Qarayevin, eləcə də digər dünya şöhrətli bəstəkarların əsərlərini ifa edib.

Azərbaycanlı pianoçunun çıxışı gurultulu alqışlarla qarşılanıb.

Manafovun növbəti konsertinin iyunun 13-də Eskişehirdə keçirilməsi planlaşdırılır.

 

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

 

Baxış sayı: 79