XƏBƏRLƏR
MƏLUMAT
Tanınmış şairə-bəstəkar Xanım İsmayılqızı “Qarabağ” şeirini kitabxanaya təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
07/08/2023 03:11

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının Fəxri oxucusu, bəstəkar, tərcüməçi, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanım İsmayılqızı yeni qələmə aldığı “Qarabağ” şeirini təqdim edib.

Şeirdə Vətən məhəbbəti, yurd sevgisi gözəl və canlı tərənnüm olunur.

Qeyd edək ki, müəllifin “Qarabağ” şeirinə bəstələnmiş mahnı ilk dəfə Azərbaycanda keçirilən Özbəkistan mədəniyyət günlərinin açılışına həsr olunmuş möhtəşəm konsert proqramında Özbəkistanın xalq artisti Nəsibə Abdullayevanın ifasında səsləndirilib.

QARABAĞ

Torpağın sevgisi qanıma köçüb,

Yanğısı ruhuma, canıma köçüb,

İstər ömömürlük qoynuna köçüm,

Gözlərimin nuru, canım Qarabağ.

 

Sənin yerin mənim gözümün üstə,

Talelər yazılı rizinin üstə.

Varlığın yurd salır səsimin üstə,

Gözlərimin nuru, canım Qarabağ.

 

Şuşa dağlarının sirli dumanı,

Sözsüz dilləndirir tarı, kamanı.

Azərbaycanımın nəfəsi, qanı,

Döyünənürəyim, yurdum Qarabağ.

Baxış sayı: 265