XƏBƏRLƏR
MƏLUMAT
T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi növbəti konsert keçirib
ÜMÜMİ XƏBƏRLƏR
18/04/2024 17:49

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan T.Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbi M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında növbəti konsert keçirib.

Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərlik etdiyi Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə keçən konsertdə məktəbin kiçik siniflərdən ibarət xor kollektivi, fortepiano, violin, tar, qanun, klarnet, vokal ixtisasları üzrə təhsil alan şagirdləri iştirak ediblər.

Baxış sayı: 549