XƏBƏRLƏR
MƏLUMAT
“Suverenliyimiz əbədidir” mövzusunda açıq dərs keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/10/2025 17:30

Oktyabrın 29–da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində “Suverenliyimiz əbədidir” mövzusunda açıq dərs keçirilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən açıq dərsdə Yasamal rayon 13 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi  iştirak ediblər.

İlk öncə şagirdlər “Şanlı Zəfər Tariximiz” adlı sərgi ilə tanış olublar.

Daha sonra Heydər Əliyevin büstü ziyarət edilib və şagirdlərə  Ulu Öndərin zəngin siyasi irsini əks etdirən ekspozisiya haqqında məlumat verilib.

Açıq dərsdə “Zəfərimiz Heydər Əliyev  ideyalarının təntənəsidir” mövzusunda mühazirə dinlənilib, Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışılıb və şagirdlərlə müzakirələr aparılıb.

Baxış sayı: 30