XƏBƏRLƏR
MƏLUMAT
“Suveren ölkənin gəncləri” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
14/11/2025 11:57

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Suveren ölkənin gəncləri” adlı tədbir keçirilib.

Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin, YAP Suraxanı rayon təşkilatının məsul şəxsləri, rayon idarə və müəssisələrinin nümayəndələri, gənclər və məktəblilər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edənlər vurğulayıblar ki, suveren ölkənin gəncləri – dövlətin gələcəyinin təminatıdır. Gənclərimiz təhsildə, idmanda, elmdə və mədəniyyət sahələrində öz potensiallarını göstərərək, milli dəyərlərin qorunmasına və təbliğinə xidmət edirlər.

Tədbirin bədii hissəsində 37 nömrəli Uşaq Musiqi Məktəbinin şagird və müəllimlərinin ifalarında musiqi nömrələri  səsləndirilib.

Sonda tədbir iştirakçıları Mərkəzin ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin zəngin irsi və siyasi fəaliyyəti ilə yaxından tanış olublar.

Baxış sayı: 23