XƏBƏRLƏR
MƏLUMAT
“Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/12/2025 10:18

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Heydər Əliyev Mərkəzində 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “Suveren dövlət, həmrəy xalq” adlı tədbir keçirilib.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə Həmrəylik Gününün yaranma tarixi barədə məlumat verilib. Çıxışlarda 2025-ci il ərzində Mərkəzdə Vətən müharibəsindəki Zəfərin təbliğinə yönəlmiş tədbirlərin, sərgilərin keçirilməsində əməkdaşlığa görə müxtəlif dövlət qurumlarına, təhsil ocaqlarına təşəkkür bildirilib.

Daha sonra Azərbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasının şagirdləri, “İstedad əngəl tanımır” layihəsi çərçivəsində keçirilən tədbirlərdə iştirak etmiş xüsusi qayğıya ehtiyacı olan uşaqlar şeirlər, mahnılar, ədəbi-bədii kompozisiya, rəqs nümunələri ilə çıxış ediblər.

Sonda Mərkəz tərəfindən “Konstitusiya və Suverenlik İli”nə və Zəfər Gününə həsr olunmuş tədbirlərdə iştiraklarına görə AMK nəzdində İncəsənət Gimnaziyasının müəllim və şagirdlərinə, xüsusi qayğıya ehtiyacı olan uşaqlara fəxri fərmanlar, hədiyyələr təqdim edilib.

Baxış sayı: 16