XƏBƏRLƏR
MƏLUMAT
“Suveren dövlət – güclü gələcək” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/09/2025 15:35

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 20 sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar “Suveren dövlət – güclü gələcək” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət və təhsil işçiləri, idarə və təşkilatların nümayəndələri , məktəblilər iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 20 sentyabr – Dövlət Suverenliyi Gününə aid videoçarx nümayiş olunub.

Çıxış edənlər bildiriblər ki,  suverenlik dövlətin ən ali dəyəridir və onun qorunması hər bir vətəndaşın müqəddəs borcudur. Suverenlik xalqın öz torpağı üzərində azad şəkildə yaşaması, sərvətlərinə sahib çıxması və gələcəyini özü müəyyən etməsidir. Bu gün Azərbaycan dövləti məhz bu prinsiplər üzərində möhkəmlənib. Ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri və xalqımızın milli həmrəyliyi sübut edir ki, suverenliyimiz dönməzdir və əbədi yaşayacaqdır.

Tədbirin bədii hissəsində 37 nömrəli Uşaq Musiqi Məktəbinin müəllim və şagirdlərinin ifalarında musiqi nömrələri təqdim olunub.

Baxış sayı: 24