XƏBƏRLƏR
MƏLUMAT
“Suveren Azərbaycan-Heydər Əliyev ideyalarının zəfəridir” mövzusunda sərgi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2025 11:25

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal  rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlikili” çərçivəsində “Suveren Azərbaycan-Heydər Əliyev ideyalarının zəfəridir” mövzusunda sərgi keçirilib. 

Sərgidə rəsmilər, ziyalılar, rayon ümumtəhsil məktəblərinin müəllimləri, tələbələr və şagirdlər iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra qonaqlar Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə Yasamal sakini Vəliyeva Zəhranın fərdi rəsm sərgisi ilə tanış olublar.

Çıxışçılar Ulu Öndər Heydər Əliyevin həyat yolu, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı naminə göstərdiyi əvəzsiz xidmətləri haqqında ətraflı melumat veriblər.

Sonda Ümummilli Lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, tədqiqi və geniş təbliğ edilməsi məqsədilə keçirilən açıq dərslər və tədbirlərdə fəal iştirakına görə müəllimlər və rəsm sərgisinin təşkilinə görə V.Zəhra fəxri fərmanla,“Ümummilli liderin ideyaları işığında suveren Azərbaycan” mövzusunda rəsm müsabiqəsi, “Heydər Əliyev-Suveren Azərbaycanın hüquqi təməlini qoyan lider” mövzusunda inşa-yazı və “Şərəfli ömrün misraları” mövzusunda şeir müsabiqələrinin qalibləri diplom ilə təltif olunublar.

Baxış sayı: 188