XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev və Azərbaycan” adlı layihəsi davam edir
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2025 11:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzinin “Heydər Əliyev və Azərbaycan” adlı layihəsi davam edir.

Layihə çərçivəsində Heydər Əliyev irsinin təbliği, ideoloji işin gücləndirilməsi, şagirdlərlə maarifləndirmə işlərinin aparılması və bu istiqamətdə fəaliyyətin səmərəliliyinin artırılması məqsədi ilə 97 nömrəli tam orta məktəbdə açıq dərs təşkil edilib.

Açıq dərsdə xalqımızın böyük xilaskarı, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan üçün gördüyü işlər və tarixi xidmətləri dərindən, hərtərəfli şəkildə yeni yetişən nəslin - şagirdlərin diqqətinə çatdırılıb, onlara mövzu üzrə suallar verilib, diskussiyalar aparılıb.

Fəal məktəblilərə Ümummilli liderin həyat və fəaliyyəti haqqında məlumatlar əks olunmuş broşüralar verilib.

Baxış sayı: 46