XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Musiqidə yaşanan ömür” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
29/01/2024 10:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində görkəmli bəstəkar, Xalq artisti, Şərqdə opera yazan ilk bəstəkar qadın Şəfiqə Axundovanın 100 illik yubileyinə həsr olunmuş “Musiqidə yaşanan ömür” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət işçiləri, bəstəkarın yaxınları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Sonra Xalq artisti Şəfiqə Axundovanın həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Çıxışlar zamanı bildirilib ki, Şəfiqə Axundovanın adı Azərbaycan musiqi mədəniyyəti tarixinə novator sənətkar kimi yazılıb. Bəstəkar özünü musiqinin bütün janrlarında sınayıb və uğur qazanıb. O, yaradıcılığı boyu 600-dən çox mahnı bəstələyib. Bu mahnılar Rübabə Muradova, Şövkət Ələkbərova, Sara Qədimova, Zeynəb Xanlarova kimi sənətkarların repertuarlarında əsas yer tutub və bugün də sevilə-sevilə ifa olunur. Qeyd olunub ki, görkəmli bəstəkarın musiqi mədəniyyətimizin inkişafında xidmətləri dövlətimiz tərəfindən daima yüksək qiymətləndirilib.

Sonra tədbir Şəfiqə Axundovanın mahnılarından ibarət konsert proqramı ilə davam edib.

Baxış sayı: 385