XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan” adlı layihə davam edir
ÜMÜMİ XƏBƏRLƏR
03/03/2025 15:24

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və Azərbaycan” adlı layihə davam edir.

Layihə Heydər Əliyev irsinin təbliği, ideoloji işin gücləndirilməsi, şagirdlərlə maarifləndirmə işlərinin aparılması və bu istiqamətdə fəaliyyətin səmərəliliyinin artırılması məqsədi ilə təşkil edilir.

Layihə çərçivəsində A.Aqarunov adına 154 nömrəli tam orta məktəbdə açıq dərslər təşkil edilib.

Açıq dərslərdə xalqımızın böyük xilaskarı, müstəqil Azərbaycanın  qurucusu  Heydər Əliyevin siyasi fəaliyyəti, Azərbaycan üçün gördüyü işlər və tarixi xidmətləri hərtərəfli şəkildə şagirdlərin diqqətinə çatdırılıb, onlara mövzu üzrə suallar verilib, diskussiyalar aparılıb.

Sonda fəal məktəblilərə Ümummilli liderin həyat və fəaliyyəti haqqında məlumatlar əks olunmuş broşüralar verilib. 

 

Baxış sayı: 147