XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzində film nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
23/05/2023 06:53

Mayın 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Aktrisa” filmi nümayiş edilib. Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişilə istehsal olunmuş filmdə baş rolu Fuad Poladov ifa edib.

Tədbirdə Kürdəxanı qəsəbə Mədəniyyət evinin, “8 Mart” adına Mədəniyyət evinin əməkdaşları və Suraxanı rayonunda fəaliyyət göstərən məktəblərin şagirdləri iştirak ediblər.

İlk öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR xalq artisti Fuad Poladovun həyat və yaradıcılığı haqqında ətraflı məlumat veriblər.

Sonra “Aktrisa” filmi nümayiş etdirilib.

Baxış sayı: 270