XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
13/06/2023 06:37

İyunun 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Milli Qurtuluş Günü ilə əlaqədar dəyirmi masa təşkil edilib.

İlk öncə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbirdə çıxış edənlər bu günün yaranma tarixi barədə məlumat verərək qeyd ediblər ki, Azərbaycan xalqı iqtisadi böhrandan zəngin idarəçilik təcrübəsinə malik, nüfuzlu dövlət xadimi Heydər Əliyevin müdrik, uzaqgörən siyasəti nəticəsində xilas olub.

Ümummilli liderin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edilib, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb.

Sonda Mərkəzin sifarişi ilə hazırlanan “Xilaskar” filmi nümayiş olunub

Baxış sayı: 226