XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/06/2024 10:33

İyunun 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsi” adlı tədbir keçirilib.

Tədbirdə rəsmilər, rayon mədəniyyət və təhsil müəssisələrinin əməkdaşları, məktəblilər iştirak ediblər.

Çıxışlar zamanı xalqımızın strateji mənafelərinin təmin olunmasında mühüm başlanğıc olan 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə məlumat verilib.

Daha sonra Azərbaycanın xaosdan, anarxiyadan və parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu günə həsr olunmuş sənədli film nümayiş olunub.

Tədbir zamanı Mərkəzin üç əməkdaşına Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunub.

Sonda tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsini əks etdirən ekspozisiya ilə tanış olublar.

Baxış sayı: 218