XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzində “açıq qapı” günü elan olunub
ÜMÜMİ XƏBƏRLƏR
18/04/2025 19:22

18 Aprel-Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar olaraq Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzində “açıq qapı” günü elan olunub.

“Açıq qapı” günündə Mərkəzə rayon təhsil müəssisələrinin ekskursiyaları təşkil olunub.

Ekskursiyalar zamanı qeyd olunub ki, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

 

Baxış sayı: 51