XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzi "Bacarıqlı əllər" adlı əl işləri və rəsm sərgisi keçirib
ÜMÜMİ XƏBƏRLƏR
21/07/2023 01:11

İyulun 20-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Suraxanı rayon Heydər Əliyev Mərkəzinin və Suraxanı rayon Gənclər evinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Bacarıqlı əllər" adlı əl işləri və rəsm sərgisi keçirilib.

Çıxışçılar Azərbaycanın memarı və qurucusu Ulu Öndərin dövlətimizin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər gördüyünü, ölkəmizin bu günü və gələcəyi üçün zəngin irs qoyduğunu xüsusi vurğulayıblar.

Sərgidə vətənpərvərlik mövzusunda, eyni zamanda, müxtəlif janrlarda çəkilmiş rəsm əsərləri və əl işləri nümayiş edilib.

Baxış sayı: 218