XƏBƏRLƏR
MƏLUMAT
Suraxanı rayon Heydər Əliyev Mərkəzi açıq dərs təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
13/11/2025 15:11

Noyabrın 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Suraxanı rayon Heydər Əliyev Mərkəzi 226 nömrəli tam orta məktəbdə açıq dərs təşkil edib.

“Heydər Əliyev və Azərbaycan” layihəsi üzrə keçirilən açıq dərsdə xalqımızın böyük lideri, müstəqil dövlətimizin əsasını qoymuş Heydər Əliyevin siyasi irsi, Azərbaycan üçün gördüyü mühüm işlər və tarixi xidmətləri əhatəli şəkildə şagirdlərin diqqətinə çatdırılıb, onlara mövzu üzrə suallar verilib, diskussiyalar aparılıb.

Fəal məktəblilərə Mərkəz tərəfindən Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən broşüralar təqdim olunub.

Baxış sayı: 198