XƏBƏRLƏR
MƏLUMAT
Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2025 14:38

Mayın 30-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib.

Konsertdə məktəbin “Kapriçio” ansamblı , nağaraçalanlar ansamblı , “Buta” instrumental ansamblı, “İnci” xor kollektivi və məktəbin istedadlı şagirdləri çıxış ediblər.

Həmçinin məktəbin rəssamlıq şöbəsinin müəllimi Aybəniz Şahvələdovanın sinfinin şagirdlərinin əl işlərindən və rəsmlərindən ibarət sərgi nümayiş olunub.

 

Baxış sayı: 74