XƏBƏRLƏR
MƏLUMAT
SSRİ Xalq artisti Adil İsgəndərovun anadan olmasının 115 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
05/05/2025 11:42

Bu gün SSRİ Xalq artisti Adil İsgəndərovun anadan olmasının 115 ili tamam olur.

Adil İsgəndərov Teatr Texnikumunda, Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunda təhsil alıb. Moskvadakı Bədaye Teatrında rejissorluq təcrübəsi keçib. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, Akademik Dövlət Teatrında çalışıb və bu teatrda öz məktəbini yaradıb. Sənət adamları ona “Ədil müəllim” deyə müraciət ediblər. O, “Polad qartal”, “Platon Kreçet”, “Həyat”, “Vaqif” və s. tamaşalarına quruluş verib. “O olmasın, bu olsun”, “Qara daşlar”, “Uzaq sahillərdə”, “Leyli və Məcnun”, “Əmək və qızılgül”, “Romeo mənim qonşumdur”, “Qanun naminə”, “Dərviş Parisi partladır”, “Arxadan vurulan zərbə”, “Üzü küləyə”, “Axırıncı aşırım” və s. filmlərdə yaddaqalan obrazlar ifa edib. Onun kinorejissor kimi yeganə quruluş verdiyi film “Əhməd haradadır?” olub.

Adil İsgəndərov 1978-ci ildə vəfat edib.

 

Baxış sayı: 141