XƏBƏRLƏR
MƏLUMAT
“Sözün Vətəni – Qarabağ”: Şuşada müasir poeziya saatı
ÜMÜMİ XƏBƏRLƏR
19/07/2024 09:22

Vaqif Poeziya Günləri çərçivəsində iyulun 18-də Xurşidbanu Natəvanın evinin qarşısında “Sözün Vətəni – Qarabağ” adlı müasir poeziya saatı təşkil olunub.

Əvvəlcə tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi (AYB) Poeziya sektorunun rəhbəri İbrahim İlyaslı Vaqif Poeziya Günləri haqqında təəssüratlarını bölüşüb. O, poeziya günlərini söz, sənət və mənəviyyat bayramı adlandırıb. Qeyd olunub ki, bu dəfə də poeziya günləri yüksək səviyyədə təşkil edilib. 

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru Əməkdar artist, bədii qiraət ustası Ağalar Bayramov vətənpərvərlik ruhlu şeirlər söyləyib.

Daha sonra söz şairlərə verilib. AYB-nin Quba bölməsinin sədri Ramiz Qusarçaylı, yazıçı-dramaturq, şair, tərcüməçi Seyran Səxavət, AYB-nin Qarabağ bölməsinin sədri Elçin İsgəndərzadə, şairlər Əməkdar mədəniyyət işçiləri Qəşəm Nəcəfzadə, Rafiq Yusifoğlu, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza, Fərid Hüseyn, İntiqam Yaşar və başqaları müxtəlif mövzulu şeirlər səsləndiriblər. Bir sıra müəlliflərin Şuşaya həsr olunan şeirləri xüsusi maraqla qarşılanıb.

Baxış sayı: 214