XƏBƏRLƏR
MƏLUMAT
“Soyqırımı unutmayaq, unutdurmayaq” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
01/04/2024 15:23

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası 158 nömrəli tam orta məktəbdə “Soyqırımı unutmayaq, unutdurmayaq” adlı tədbir keçirib.

Tədbirdə 1918-ci ilin mart ayında ermənilərin Azərbaycanda törətdikləri vəhşiliklər haqqında geniş məlumatlar şagirdlərin diqqətinə çatdırılıb.

Sonra məktəbin  şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib.

Tədbirin keçirilməsində əsas məqsəd uşaq və gənclərdə vətənpərvərlik hissini yüksəltmək, xalqımıza qarşı törədilən cinayətlər barədə onlara ətraflı məlumat vermək, eləcə də soyqırımında həlak olanların xatirəsini ehtiramla yad etməkdən ibarətdir. 

Baxış sayı: 267