XƏBƏRLƏR
MƏLUMAT
"Sönməz, əbədidir Heydər Əliyev" mövzusunda şeir müsabiqəsi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
05/05/2023 07:20

Mayın 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin  Qaradağ rayon Heydər Əliyev Mərkəzi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Qaradağ rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə "Sönməz, Əbədidir Heydər Əliyev" mövzusunda şeir müsabiqəsi keçirilib.

Müsabiqədə Qaradağ rayon məktəblərinin orta və yuxarı sinif şagirdləri iştirak ediblər.

İştirakçıların Ulu Öndər haqqında söylədikləri şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Hər yaş qrupunda l, ll və lll yerlərin qaliblərinə müvafiq dərəcəli diplomlar və mükafatlar təqdim edilib.

Baxış sayı: 288