XƏBƏRLƏR
MƏLUMAT
"Siz eşq dediniz, biz Vətən dedik" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/02/2025 14:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında şəhid leytenant, şair Murad Nağıyevə həsr olunmuş "Siz eşq dediniz, biz Vətən dedik" adlı tədbir keçirilib.

Tədbirdə şəhidin ailə üzvləri, hərbiçilər, ziyalılar , Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və 149 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən leytenant Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs edilib, onun qəhrəmanlığının gənc nəslə örnək olduğu bildirilib. Qeyd olunub  ki, qəhrəman şəhid "Vətən uğrunda” və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunub.

Tədbirdə gənc qiraətçilər şəhidin qələmə aldığı şeirlərini səsləndiriblər.

 

Baxış sayı: 59