XƏBƏRLƏR
MƏLUMAT
Şüvəlan qəsəbə Mədəniyyət Evində “Uşaqlar bizim gələcəyimizdir ” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2024 15:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Şüvəlan qəsəbə Mədəniyyət Evində 1 İyun – Uşaqların  Beynəlxalq  Müdafiəsi Gününə həsr olmuş “Uşaqlar bizim gələcəyimizdir ” adlı tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

İlk öncə bu günün tarixi barədə məumat verilib.  Bildirilib ki, BMT-də uşaq hüquqlarına dair  konvensiya qəbul  edilib, Azərbaycan müstəqillik qazandıqdan sonra bu  konvensiyaya qoşulub. Azərbaycanda uşaqların sağlam və gümrah böyümələri, onların Vətənə layiqli övlad kimi yetişməsi, mükəmməl təhsil almaları dövlətin daim diqqət mərkəzində saxladığı məsələlərdən biridir.

Tədbirin bədii hissəsində mədəniyyət evinin “Səma” rəqs ansamblının, “Şən gimnastlar”ın çıxışları və gənc müğənnilərin ifaları hər kəs tərəfindən alqışlarla qarşılanıb.

Baxış sayı: 223