XƏBƏRLƏR
MƏLUMAT
Şüvəlan qəsəbə Mədəniyyət evi 28 May-Müstəqillik Gününə həsr edilmiş konsert təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2023 03:46

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində 28 May - Müstəqillik Gününə həsr edilmiş konsert keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir iştirakçılarına 28 May - Müstəqillik Günü haqqında məlumat verilib.

Mədəniyyət evinin “Səma” rəqs ansamblının “Məşəl” rəqs qrupu, “Şən gimnastlar”, “Gold” rəqs qrupu, eləcə də gənc və istedadlı müğənnilərin bir-birindən maraqlı çıxışları tədbir iştirakçılarında xoş əhval-ruhiyyə yaradıb.

Baxış sayı: 367