XƏBƏRLƏR
MƏLUMAT
“Şirinlər və Şaxta Baba” adlı uşaq tamaşası nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
25/12/2025 09:27

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Zirə qəsəbə Mədəniyyət Mərkəzində “Şirinlər və Şaxta Baba” adlı uşaq tamaşası nümayiş olunub.

Tamaşanın əsas qonaqları şəhid, qazi və aztəminatlı ailələrin övladları olub.

Nağıl dolu səhnələr, şən obrazlar və isti atmosfer uşaqlara unudulmaz anlar yaşadıb.

Tədbirin sonunda balaca tamaşaçılara hədiyyələr təqdim olunub.

Baxış sayı: 23