XƏBƏRLƏR
MƏLUMAT
Şərqşünas alim Yevgeni Bertelsin “Böyük Azərbaycan şairi Nizami” əsəri türk dilinə tərcümə olunub
ÜMÜMİ XƏBƏRLƏR
05/07/2024 14:39

Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycan ədəbiyyatının tanınmış siması, bəşər ədəbiyyatının zirvəsi Nizami Gəncəvi irsinin dünyada tanıdılması, tədqiqi və təbliğinə dair layihələr həyata keçirir.

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Mərkəzi tərəfindən görkəmli şərqşünas alim, professor Yevgeni Bertelsin böyük şair və mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edən “Böyük Azərbaycan şairi Nizami” əsərinin Azərbaycan dilindən türk dilinə tərcüməsi yekunlaşdırılıb.

Əsəri türk dilinə Türkiyədəki “Türk ədəbiyyatı” dərgisinin baş redaktoru, tərcüməçilik sahəsində böyük təcrübəsi olan doktor İmdat Avşar çevirib.

Kitabın yaxın günlərdə Türkiyədə nəşri və geniş ictimaiyyətin iştirakı ilə təqdimatı nəzərdə tutulur.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Baxış sayı: 222