XƏBƏRLƏR
MƏLUMAT
“Şərqdə ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundova -100” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
08/02/2024 11:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbində “Şərqdə ilk opera yazan qadın bəstəkarı Şəfiqə Axundova -100” adlı tədbir keçirilib.

Tədbirdə Şəfiqə Axundovanın həyat və yaradıcılığından söz açılıb. Bildirilib ki, musiqi mədəniyyətimizin inkişafında misilsiz xidmətləri olub, yaradıcılığı hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.

Bədii hissədə məktəbin şagirdləri, xor kollektivi çıxış ediblər.

Baxış sayı: 180