XƏBƏRLƏR
MƏLUMAT
“Şərəfli insan ömrü - Zəfər səlnaməmizin bayraqdarı!” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2023 01:39

Mayın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Qaradağ rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Şərəfli insan ömrü - Zəfər səlnaməmizin bayraqdarı!” adlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Mərkəzin qarşısında yerləşən abidəsi önünə gül dəstələri düzüblər.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən qonaqlar müasir, müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin milli və dövlətçilik maraqlarına xidmət edən zəngin fəaliyyətindən, onun elmi əsaslara söykənən dövlət quruculuğu siyasətindən, eyni zamanda dövlətçilik təcrübəsi, möhkəm iradəsi, məqsədyönlü  və uzaqgörən siyasəti nəticəsində respublikamızın qədəm qoyduğu hərtərəfli və dinamik inkişaf yolundan danışıblar.

Tədbirdə həmçinin, Ümummilli lider Heydər Əliyevə həsr edilmiş “Heydər Əliyev - Müstəqil Azərbaycanın memarı” adlı videoçarx nümayiş olunub, musiqi nömrələri və şeirlər səsləndirilib.

Baxış sayı: 278