XƏBƏRLƏR
MƏLUMAT
“Şeirlərin füsunkar misraları” adlı poeziya günü keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
15/03/2024 12:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Beynəlxalq Poeziya Günü ilə əlaqədar 158 nömrəli tam orta məktəbdə “Şeirlərin füsunkar misraları” adlı şeir marafonu keçirib.

Qeyd edək ki, YUNESKO-nun 1999-cu ildə keçirilən 30-cu iclasında hər il martın 21-i “Beynəlxalq Poeziya Günü” elan edilib.

Kitabxana əməkdaşları “Beynəlxalq Poeziya Günü” haqqında məlumat veriblər. Bildiriblər ki, Azərbaycanın Nizami, Füzuli, Nəsimi, Vaqif, Sabir, Vurğun və digər klassik şairlərinin poeziyası hafizələrdə, ürəklərdə yaşayaraq insanları sevməyə, gələcəyə, həyata səsləyir. Xalqımız öz qüdrətli sənətkarlarının xatirəsini daim uca tutur, onların poeziyasını qoruyaraq nəsildən-nəslə ötürür.

Sonra məktəb şagirdləri Abdulla Şaiq, Abbas Səhhət, İlyas Tapdıq, Bəxtiyar Vahabzadə, Ramiz Rövşən və digərlərin yaradıcılığına müraciət edərək şeirlər səsləndiriblər.

Baxış sayı: 247