XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz, Vətən bölünməz!” rubrikasında Vüsal Allahverdiyev
ÜMÜMİ XƏBƏRLƏR
16/08/2023 00:24

Vüsal Tahir oğlu Allahverdiyev 1988-ci il avqustun 16-da Qubadlı rayonunda anadan olub.

Vətən müharibəsinin şəhidi 1995-2004-cü illərdə Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. 2004-2006-cı illərdə Qubadlı rayon 2 nömrəli tam orta məktəbdə təhsilinə davam edib. 2006-2010-cu illərdə Azərbaycan Kooperasiya Universitetinin maliyyə və kredit fakültəsində ali təhsil alıb. Şəhidin atası Tahir Qafar oğlu Allahverdiyev Birinci Qarabağ müharibəsi veteranıdır. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Vüsal Tahir oğlu Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində həmin ilin 1 oktyabr tarixindən könüllü olaraq iştirak edib. Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda və Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə vuruşub.

30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Vüsal Allahverdiyev ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına” görə medalları ilə təltif edilib.

Baxış sayı: 544