XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi uğurla davam edir
ÜMÜMİ XƏBƏRLƏR
04/10/2023 05:56

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi davam edir.

Layihə çərçivəsində kitabxananın Fəxri oxucusu, yazıçı-publisist, şair Gülarə Munis 19 yaşlı İkinci Qarabağ müharibəsinin şəhidi Həsənağa Şirvaninin igidliyinə həsr olunmuş, onun əziz xatirəsini əbədiləşdirən “Biz səni gözləyirdik...” yeni kitabını təqdim edib.

Kitabda müəllifin şəhidlərə həsr olunmuş qəzəl və şeirləri, mənsur şeirləri, pritça, novella və nağılı yer alıb.

Kitabı Yasamal rayon MKS-nin kitabxanalarında oxumaq olar.

Baxış sayı: 216