XƏBƏRLƏR
MƏLUMAT
Şəhid Vüsal Babayevin ad gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
07/01/2024 15:20

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 4 nömrəli kitabxana filialı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və BrendSport.az informasiya portalının təşkilatçılığı ilə  şəhid,  baş leytenant Vüsal Babayevin ad gününə həsr olunmuş stolüstü tennis turniri keçirilib.

88 nömrəli tam orta məktəbdə təşkil edilmiş turnirdə  Xəzər rayon məktəbləri iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Sonra şəhid Vüsal Babayev haqqında məlumat verilib. Bildirilib ki, Vətən müharibəsində şərəfli döyüş yolu keçən Vüsal Babayev Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad edilməsinə görə", “Xocavəndin azad olunmasına görə”  medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Daha sonra qeyd olunub ki, turnirin keçirilməsində əsas məqsəd stolüstü tennis idman növünün məktəblərdə  təbliğ olunması, eləcə də məktəblilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və sağlam həyat tərzinin təbliğ olunmasıdır.

Sonda yarışda  I, II, III yerləri tutan məktəblərə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom, digər iştirakçılara isə hədiyyələr  təqdim edilib.

Baxış sayı: 157