XƏBƏRLƏR
MƏLUMAT
Şəhid və qazi övladları üçün bayram tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/06/2025 10:45

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Bakı Uşaq və Gənclər Teatrı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Suraxanı Rayon Komitəsi, Yeni Azərbaycan Partiyasının Suraxanı Rayon Təşkilatı birlikdə1 iyun – Uşaqların Müdafiəsi Günü münasibətilə Suraxanı rayonunda yaşayan şəhid və qazi övladları üçün tədbir keçiriblər.

Tədbirdə çıxış edənlər uşaqları bayram münasibətilə təbrik ediblər.

Daha sonra teatrın aktyorları tərəfindən şou proqram təqdim olunub. Sehrbaz Tofiq əmi əyləncəli və maraqlı oyunları ilə uşaqları öz sehrli aləminə qonaq aparıb.

Baxış sayı: 117