XƏBƏRLƏR
MƏLUMAT
Şəhid və qazi övladları üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
30/05/2025 12:51

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Badamdar qəsəbə Mədəniyyət evində şəhid və qazi övladları üçün 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilib.

İlk öncə Badamdar qəsəbə Mədəniyyət evində fəaliyyət göstərən “Neon teatrı” uşaqlar üçün “Buz kraliçası” adlı tamaşanı təqdim edib. Daha sonra tədbir bayram əyləncəsi ilə davam edib.

Müxtəlif nağıl personajlarından ibarət əyləncəli proqram uşaqlara bayram əhval-ruhiyyəsi bəxş edərək, onların gününə əlavə rəng qatıb.

Qeyd edək ki, bu ilin aprel ayından fəaliyyətə başlayan “Neon teatrı”nın təsisçiləri Həcər İsrafilova, Mustafa Mustafayev, Fərid Ələkbərov, rejissoru isə Tural Mustafayevdir.

Baxış sayı: 71