XƏBƏRLƏR
MƏLUMAT
Şəhid Rəşad Novruzovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
03/04/2024 11:10

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan H.Abbasov adına Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidi Rəşad Novruzovun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra şəhid Rəşad Novruzovun həyatından bəhs edən videoçarx nümayiş olunub.

Çıxışlarda Rəşad Novruzovun döyüş yolu haqqında məlumat verilib,  onun qəhrəmanlığından ətraflı söz açılıb.

Sonda Əməkdar artist Babək Niftəliyev, İlkin Əhmədov, Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Muğam Mərkəzinin solistləri və digər sevilən müğənnilər vətənpərvərlik mövzusunda mahnılarla çıxış ediblər.

Baxış sayı: 170