XƏBƏRLƏR
MƏLUMAT
Şəhid Quluzadə Qurbanəlinin ailəsinə ziyarət təşkil edilib
ÜMÜMİ XƏBƏRLƏR
25/04/2025 10:15

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası şəhid Quluzadə Qurbanəlinin ailəsinə ziyarət təşkil edib.

Ziyarət zamanı ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən, şəhidin müharibədə göstərdiyi şücaətlərdən bəhs edilib.

Qeyd edək ki, Quluzadə Qurbanəli oktyabrın 21-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhid olub. Şəhid Bakının Binə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Quluzadə Qurbanəli Elşad oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Baxış sayı: 57