XƏBƏRLƏR
MƏLUMAT
“Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!” adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/09/2024 16:21

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Vətən müharibəsi şəhidi, kiçik leytenant Mikayıl Həmidlinin anım gününə həsr olunmuş “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!” adlı tədbir keçirilib.

Tədbirdə şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri, kitabxananın əməkdaşları iştirak ediblər.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərənin Papravənd kəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuş Həmidli Mikayıl Vüqar oğluna həsr olunmuş videoçarx nümayiş olunub.

Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən canından keçən şəhidlər haqqında ətraflı məlumatlar verilib, döyüş bölgəsində yaşanan qürurverici anların canlı şahidləri olan qazilərin çıxışları dinlənilib.

Baxış sayı: 117