XƏBƏRLƏR
MƏLUMAT
Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun ev-muzeyi ziyarət edilib
ÜMÜMİ XƏBƏRLƏR
31/10/2023 12:14

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının kollektivi Göyçay rayon Şəhidlər Xiyabanını və şəhid polkovnik-leytenant Vidadi Xəlilovun ev-muzeyini ziyarət ediblər.

Ziyarət zamanı vətən uğrunda canını fəda edən qəhrəman şəhidimizin ev-muzeyində şəxsi əşyalarına, hərb sahəsində işlədiyi müddətdə aldığı təşəkkürnamələrinə, geyimlərinə, ailə fotolarına baxış keçirilib.

Şəhidin anadan olub böyüdüyü evdə onun xatirələri yad edilib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Vidadi Xəlilov 2020-ci il, 31 oktyabr tarixində II Qarabağ müharibəsində şəhid olub.

Məzarı Göyçay rayon Şəhidlər Xiyabanındadır.

Baxış sayı: 289