XƏBƏRLƏR
MƏLUMAT
Şəhid polkovnik-leytenant Vidadi Xəlilova həsr olunmuş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/07/2023 02:28

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi KitabxanasındaVətən müharibəsi şəhidi, polkovnik- leytenant Vidadi Xəlilova həsr olunmuş tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra tədbirdəAzərbaycan Silahlı Qüvvələrinin  polkovnik- leytenantı, Vətən müharibəsi şəhidi Vidadi Xəlilovun qəhrəmanlıq  salnaməsi,döyüş yolu haqqında ətraflı məlumat verilib, videoçarx  nümayiş olunub.

Bədii hissədə qəhrəman şəhidə həsr olunan şeirlər səslənib, musiqilər ifa olunub.

Baxış sayı: 129