XƏBƏRLƏR
MƏLUMAT
Şəhid analarının iştirakı ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/11/2025 15:32

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan H.Abbasov adına Mədəniyyət Mərkəzində şəhid analarının iştirakı ilə şəhid Ağacavad Mütəllimzadənin xatirəsinə həsr olunmuş görüş keçirilib.

Tədbirdə şəhid ailələri, qazilər, məktəb direktorları və qəsəbə sakinləri iştirak ediblər.

İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Ağacavad Mütəllimzadənin həyatından bəhs edən videoçarx təqdim olunub.

Daha sonra şəhid anaları 44 günlük Vətən müharibəsində tarixi Zəfər nəticəsində torpaqlarımızın erməni işğalından azad edilməsindən, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan Vətən övladlarının qəhrəmanlıqlarından danışıblar, dövlətimizin şəhid ailələrinə dəstəyini yüksək qiymətləndiriblər

Tədbirin bədii hissəsində gənc müğənnilər çıxış ediblər.

Baxış sayı: 18